...

Azarkeşlər Azərbaycanın futbol klublarını xərcə saldılar

İdman Materials 19 Aprel 2013 18:04 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirib.
Azarkeşlər Azərbaycanın futbol klublarını xərcə saldılar

Azərbaycan, Bakı, 19 aprel /Trend/

AFFA İntizam Komitəsinin növbəti iclası keçirib.

Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda bir sıra qərarlar qəbul olunub. 17 aprel 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan kubokunun 1/2 final mərhələsində "Neftçi" - "Qarabağ" matçının 48-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Hər iki klubun azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün "Bakcell Arena" stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq klublara təqdim edəcəyi hesab əsasında ödəniş ediləcək.

Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılacaq və İntizam Komitəsinə məlumat veriləcək.

17 aprel 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan kubokunun 1/2 final mərhələsində "Bakı" - "Xəzər Lənkəran" matçının 86-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti