...

Azərbaycanın futbol üzrə yığması Qırğızıstanı seçdi

İdman Materials 22 Aprel 2013 14:40 (UTC +04:00)
Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, millimiz noyabrın 19-da Bişkek şəhərində Qırğızıstan yığması ilə beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək.
Azərbaycanın futbol üzrə yığması Qırğızıstanı seçdi

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan milli komandasının bu il daha bir yoldaşlıq oyunu keçirməsi ilə bağlı razılıq əldə olunub.

Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, millimiz noyabrın 19-da Bişkek şəhərində Qırğızıstan yığması ilə beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək.

Xatırladaq ki, bundan dörd gün öncə - noyabrın 15-də millimiz rəqib meydanında Estoniya komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti