Azərbaycan, Bakı, 22 aprel /Trend/
İşdə yol verdiyi ciddi nöqsanlara görə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Zamin Əsədullayevlə müqaviləyə vaxtından əvvəl xitam verilib.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, komandaya rəhbərlik müvəqqəti olaraq Siyasət Əsgərova həvalə olunub.