...

Braziliyada futbol üzrə 2014-cü il Dünya çempionatının rəsmi musiqi aləti təqdim edilib

İdman Materials 24 Aprel 2013 14:46 (UTC +04:00)
Braziliya prezidenti Dilma Rusef Braziliyada futbol üzrə 2014-cü il Dünya çempionatının rəsmi musiqi aləti “kaşirola”nı təqdim edib.
Braziliyada futbol üzrə 2014-cü il Dünya çempionatının rəsmi musiqi aləti təqdim edilib

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E. Tanrıverdiyev/

Braziliya prezidenti Dilma Rusef Braziliyada futbol üzrə 2014-cü il Dünya çempionatının rəsmi musiqi aləti "kaşirola"nı təqdim edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Braziliya KİV-i xəbər yayıb.

"Mən inanıram ki, "kaşirola" yalnız futbolun simvolu olmayacaq, həmçinin bizim ölkənin "vuvezela"dan fərqli olaraq daha gözəl musiqi aləti yaratmaq qabiliyyətini əks etdirəcək. Musiqi təhsili olmayan mənim üçün "kaşirola" əsl surpriz olub. Bu alət məni təəccübləndirdi: son dərəcə gözəl, sadə, lakonik, özündə bütün Braziliyanı əks etdirir", - Braziliya prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti