...

Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb

İdman Materials 26 Aprel 2013 17:29 (UTC +04:00)
Azərbaycan milli komandası mayın 29-da Doha şəhərində Qətər yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək, iyunun 7-də isə Bakıda DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq yığması ilə qarşılaşacaq.
Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycan milli komandası mayın 29-da Doha şəhərində Qətər yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək, iyunun 7-də isə Bakıda DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq yığması ilə qarşılaşacaq.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bu oyunlara hazırlıq məqsədilə mayın 25-dən iyunun 7-dək millimizin təlim-məşq toplanışı təşkil olunacaq.

Milliyə dəvət olunmuş futbolçuların siyahısı:

Kamran Ağayev - "Bakı"
Anar Nəzirov - "Qəbələ"
Səlahət Ağayev - "Sumqayıt"
Rəşad Sadıqov - "Qarabağ"
Volodimir Levin - "İnter"
Rasim Ramaldanov - "Simurq"
Elnur Allahverdiyev - "Xəzər Lənkəran"
Maksim Medvedev - "Qarabağ"
Budak Ufuk - "Eskişehirspor" (Türkiyə)
Əli Gökdemir - "Hannover 96" (Almaniya)
Bədavi Hüseynov - "Qarabağ"
Qara Qarayev - "Qarabağ"
Ruslan Abışov - "Rubin" (Rusiya)
Mahir Şükürov - "Neftçi"
Rəşad Sadiqov - "Neftçi"
Cavid Hüseynov - "Bakı"
Elvin Məmmədov - "Bakı"
Rahid Əmirquliyev - "Xəzər Lənkəran"
Araz Abdullayev - "Neftçi"
Əfran İsmayılov - "Qarabağ"
Arif İsayev - "Denizlispor" (Türkiyə)
Branimir Subaşiç - "Qarabağ"
Vaqif Cavadov - "Qarabağ"
Cihan Özkara - "Sivasspor" (Türkiyə)
Rüfət Dadaşov - "Kayzerslautern II" (Almaniya)
Pərdis Fərcad-Azad - "Sumqayıt"

Ehtiyat oyunçular:

Aqil Nəbiyev - "Bakı"
İlkin Qırtımov - "Simurq"
Elhad Nəziri - "Petrolul Ploiesti" (Rumıniya)

Qeyd edək ki, Mahir Şükürov, Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Rəşad Sadiqov və Araz Abdullayev mayın 30-dan (Azərbaycan Kubokunun final oyunundan sonra) komandanın tərkibində olacaqlar. Ruslan Abışov və Cihan Özkaranın millinin heyətinə nə zaman qoşulacağı isə çıxış etdikləri klublarla danışıqlardan sonra müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti