...

Azərbaycanın qadın boksçusu Polşada gümüş medal qazandı

İdman Materials 27 Aprel 2013 15:24 (UTC +04:00)
Polşanın paytaxtı Varşavada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə ənənəvi turnirə yekun vurulub. Yarışda kişilərlə yanaşı, 3 çəki dərəcəsində qadınlar da mübarizə aparıb.
Azərbaycanın qadın boksçusu Polşada gümüş medal qazandı

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Polşanın paytaxtı Varşavada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə ənənəvi turnirə yekun vurulub. Yarışda kişilərlə yanaşı, 3 çəki dərəcəsində qadınlar da mübarizə aparıb.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, Varşavada 22 ölkənin nümayəndələri güclərini sınayıb ki, onların arasında Avstraliya, Braziliya, Yeni Zelandiya, Qazaxıstan kimi qeyri-Avropa dövlətləri də olub. Yarışda Azərbaycan milli komandasının üzvləri Əzizə Abbasova (51 kq) və Yana Alekseyevna (60 kq) da çıxış ediblər.

Alekseyevna ilk görüşdə İspaniya nümayəndəsi Cennifer Mirandanı məğlub edib. Həmyerlimiz ikinci qarşılaşmada polşalı Sandra Kruk üzərində 1 xal fərqlə qələbə qazanıb - 13:12. Boksçumuz finala vəsiqə qazansa da, zədə səbəbindən həlledici görüşə çıxa bilməyib. Belə ki, boksçumuz yarımfinalda polşalı Karolina Qraçiklə görüşdə burnundan zədə alıb. Beləliklə, final görüşündə ukraynalı Aleksandra Sidorenko ilə üz-üzə gəlməli olan milli komandamızın üzvü 2-ci yerlə kifayətlənib.

51 kq çəki dərəcəsinda mübarizə aparan Əzizə Abbasova isə ilk görüşdə kanadalı Mendi Bujolda uduzaraq yarışdan kənarda qalıb.

Qeyd edək ki, Polşada təlim-məşq toplanışı zamanı digər boksçularımız sparinq-döyüşlərdə iştirak ediblər. Anna Əlimərdanova (60 kq) İtaliya və Monqolustandan olan rəqiblərini məğlub edib. Anaxanım Ağayeva (51 kq) isə macar və finlandiyalı idmançılar üzərində qələbə qazanıb.

Qadınlardan ibarət millimiz mayın 12-də Qazaxıstana yollanaraq, orada yerli komanda ilə yanaşı, Ukrayna, Rusiya və Hindistan idmançıları ilə təlim-məşq toplanışında iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti