...

"Kəpəz" üçüncü dəfə qələbə qazandı

İdman Materials 27 Aprel 2013 19:12 (UTC +04:00)
Trend-in məlumatına görə, ilk oyun günündə iki oyun keçirilib. Hər iki görüş ikinci “altılıq”da mübarizə aparan klublar arasında baş tutub.
"Kəpəz" üçüncü dəfə qələbə qazandı

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının 28-ci turuna start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə iki oyun keçirilib. Hər iki görüş ikinci "altılıq"da mübarizə aparan klublar arasında baş tutub.

"Kəpəz" "Sumqayıt"ı qəbul edib. Gəncəlilər 70-ci dəqiqədə Pərvin Paşayevin qolu ilə qələbə qazanıblar (1:0). Bu, "Kəpəz"in cari mövsümdə üçüncü qələbəsi olub.

Paytaxtın "Rəvan" klubu da Tovuzun "Turan" komandasını minimal hesabla məğlub edib: 6-cı dəqiqədə Ayaz Mehdiyev fərqlənib - 1:0.

Turun digər oyunları sabah keçiriləcək.

Xəbər lenti

Xəbər lenti