...

"Bayern"dən daha bir rekord

İdman Materials 27 Aprel 2013 21:53 (UTC +04:00)
2013-cü ildə Bundesliqada bütün oyunlarda qələbə qazanan Münhenin "Bayern" klubu 31-ci turda "Frayburq"u 1:0 məğlub edərək xallarını 84-ə çatdırmaqla liqa tarixində bir mövsüm ərzində ən çox xal toplayan komanda oldu.
"Bayern"dən daha bir rekord

Azərbaycan, Bakı, 27 aprel /Trend/

2013-cü ildə Bundesliqada bütün oyunlarda qələbə qazanan Münhenin "Bayern" klubu 31-ci turda "Frayburq"u 1:0 məğlub edərək xallarını 84-ə çatdırmaqla liqa tarixində bir mövsüm ərzində ən çox xal toplayan komanda oldu.

Trend-in məlumatına görə, bu rekord keçən mövsüm 81 xalla çempion olan və bu mövqeni 1978-1979-cu il mövsümündə 78 xal toplamış "Bayern"in əlindən alan "Borussiya"ya (Dortmund) aid idi.

Bundan başqa, Bavariya təmsilçisi Bundesliqada bundan sonra keçirəcəyi üç matçda rəqib qapılarına 12 qol vurarsa, 1971-1972-ci il mövsümündəki 101 qolluq şəxsi rekordunu da qıracaq.

Qeyd edək ki, Bundesliqanın 28-ci turtunda "Ayntraxt"ı (Frankfurt) 1:0 hesabı ilə məğlub edən "Bayern" çempionatın sonuna altı tur qalmış çempionluğunu elan etmişdi.

Xəbər lenti

Xəbər lenti