...

Azərbaycan və Özbəkistanın futbol veteranlarının oyununda böyükhesablı heç-heçə qeydə alındı

İdman Materials 27 Aprel 2013 22:29 (UTC +04:00)
Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə bu gün Daşkənd şəhərində Azərbaycan və Özbəkistanın futbol veteranları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.
Azərbaycan və Özbəkistanın futbol veteranlarının oyununda böyükhesablı heç-heçə qeydə alındı

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə bu gün Daşkənd şəhərində Azərbaycan və Özbəkistanın futbol veteranları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, oyunda topa ilk toxunuşu Azərbaycan və Özbəkistanın xalq artisti, Daşkənd Opera və Balet Teatrının baş rejissoru Firudin Səfərov edib. Qarşılaşmanın baş hakimi Özbəkistanda yaşayan azərbaycanlı veteran futbol hakimi Sərdar Nəcəfəliyev olub.

Oyun 4:4 hesabı ilə başa çatıb. Azamat Abduraimov və Musa Qurbanov het-trik edib. Hərəyə 1 dəfə isə Casur Abduraimov və Vəli Qasımov fərqlənib. Hüseyn Məhəmmədov özbəkistanlı veteranların penalti zərbəsindən fərqlənməsinə imkan verməyib.

Oyun başa çatdıqdan sonra hər iki komandanın bütün üzvlərinə "Ucell" şirkətinin rəhbəri Elçin Cabbarov tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Xəbər lenti

Xəbər lenti