...

“Synergy Baku Cycling Project” komandası açıq məşq keçirib (FOTO)

İdman Materials 28 Aprel 2013 14:32 (UTC +04:00)
Aprelin 28-də Azərbaycanın “Synergy Baku Cycling Project” velosiped komandası açıq məşq keçirib. Trend-in məlumatına görə, açıq məşq komandanın bir neçə gündən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Tour d'Azerbaijan" beynəlxalq velosiped turunda iştirakına hazırlıq məqsədi daşıyırdı.
“Synergy Baku Cycling Project” komandası açıq məşq keçirib (FOTO)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Aprelin 28-də Azərbaycanın "Synergy Baku Cycling Project" velosiped komandası açıq məşq keçirib. Trend-in məlumatına görə, açıq məşq komandanın bir neçə gündən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Tour d'Azerbaijan" beynəlxalq velosiped turunda iştirakına hazırlıq məqsədi daşıyırdı.

Komanda üzvləri və texniki heyət bu tura ciddi hazırlaşır.

Komandaya rəhbərliyi həyata keçirən Ceremi Hant KİV nümayəndələrinə bildirib ki, komanda üzvləri intensiv məşqlər edir. "Tour d'Azerbaijan" turu komandanın hər bir üzvü üçün özünü göstərmək, uğurlu nəticə əldə etmək üçün yaxşı fürsət yaradıb.

"Synergy Baku Cycling Project" velosiped komandasının üzvü Elcin Əsədov komandanın yarışa nikbin yollandığını bildirib. Onun sözlərinə görə, uzun müddət İngiltərənin "SKY" komandasında çıxış etmiş Ceremi Hantın rəhbərliyi altında çalışan komanda yüksək əhval ruhiyyədədir. Velotura çoxlu sayda peşəkar velosiedçilərin qatıldığı nəzərə alınarsa, turun gərgin mübarizə şəraitində keçəcəyini söyləmək olar. Buna görə də komanda üzvləri ciddi hazırlıq keçirlər.

Açıq məşq bir neçə saat davam edib.

Xatırladaq ki, 2013-ci il may ayının l-dən 5-dək ümummilli liderimiz Heydar Ə1iyevin 90 illik yubileyinə həsr olunmuş, Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qabala, Oguz, Şəki rayonlanın ərazisindən keçməklə 5 mərhələdən ibarət olan beynalxalq velosiped turu keçiriləcək.

Veloturda 24 ölkədən, o cümlədən ABŞ, İtaliya, Almaniya, Türkiya, Rusiya, Avstriya, Niderland, Norveç, İsveçrə, Portuqaliya, Belçika, Danimarka, Avstraliya, Əlcazair, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici ölkələrdən çoxsaylı velosipedçilərin və komandaların iştirakı gözlənilir.

Turun rəsmi açılışı və iştirakçı komandaların təqdimatı aprel ayının 30-da Dənizkənarı Milli Parkda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti