...

Bakıda “Tour d`Azerbaidjan” Beynəlxalq velosiped turuna həsr olunmuş konsert təşkil edilib

İdman Materials 30 Aprel 2013 23:50 (UTC +04:00)
Aprelin 30-da Dənizkənarı Milli Parkda velosiped turunun başlanmasına həsr olunmuş konsert təşkil edilib. Qeyd edək ki, mayın 1-dən 5-dək ölkəmizdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d`Azerbaidjan” Beynəlxalq velosiped turu keçiriləcək.
Bakıda “Tour d`Azerbaidjan” Beynəlxalq velosiped turuna həsr olunmuş konsert təşkil edilib

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Aprelin 30-da Dənizkənarı Milli Parkda velosiped turunun başlanmasına həsr olunmuş konsert təşkil edilib. Qeyd edək ki, mayın 1-dən 5-dək ölkəmizdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" Beynəlxalq velosiped turu keçiriləcək.

Konsert çərçivəsində turda iştirak edəcək komandaların təqdimatı olub.

Bildirilib ki, "Tour d`Azerbaidjan"da ümumilikdə 25 komanda birincilik uğrunda mübarizə aparacaq. Bunların 17-si kontinental, 2-si klub, 6-sı isə yığma komandalardır. Hər komanda heyətində altı idmançı ilə mübarizə aparacaq.

Diqqətə çatdırılıb ki, turun təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsidir.

Tədbirdə Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (ARVİF) prezidenti Fazil Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" Beynəlxalq velosiped turunun iştirakçılarını salamlayıb.

F.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində çox böyük işlər görülüb. Hazırda bu proses uğurla davam edir. Ölkəmizdə çoxsaylı idman qurğuları inşa olunur, Olimpiya kompleksləri istifadəyə verilir. Bütün bu tədbirlər gənc idmançılara əlavə stimul verir.

ARVİF-nin prezidenti yarışların gərgin və maraqlı mübarizə şəraitində keçəcəyinə və yaddaqalan idman hadisəsinə çevrilərək hər kəsdə xoş təəssürat yaradacağına əmin olduğunu bildirib.

Mərasimdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda idmanın həmişə inkişafda olduğunu və ölkəmizin beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

A.Rəhimov ölkəmizdə sağlam idman mühitinin formalaşdırıldığını bildirib, yeni olimpiya idman komplekslərinin tikildiyini diqqətə çatdırıb. O, respublikamızda yaradılan bu münbit şəraitin idmançılarımızın gələcək uğurlarına şərait yaratdığını deyib.

Mərasimdə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki "Tour d`Azerbaidjan" Beynəlxalq velosiped turunun iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Mərasim konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti