...

Falkao "Monako"nu seçdi

İdman Materials 1 İyun 2013 03:00 (UTC +04:00)
Fransanın "Monako" klubu "Atletiko Madrid"in kolumbiyalı hücumçusu Radamel Falkaonu heyətinə cəlb edib.
Falkao "Monako"nu seçdi

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Fransanın "Monako" klubu "Atletiko Madrid"in kolumbiyalı hücumçusu Radamel Falkaonu heyətinə cəlb edib. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.

FIFA-nın rəsmi saytında yayılan xəbərə görə, "Monako"nun sahibi rus milyarder Dmitri Ribolovlev Falkaonu İspaniyanın "Atletiko" klubundan transfer etdiklərini açıqlayıb.

"Monako"nun internet səhifəsində futbolçu ilə 5 illik müqavilənin bağlanması barədə məlumat verilsə də, Ribolovlev transferin təfərrüatları ilə bağlı məlumat verməyib.

Fransa mətbuatı transferin təqribən 60 milyon avro qarşılığında həyata keçirildiyini iddia edir.

Falkaonun iyunun 3-də Monakoya gələcəyi, iyunun 4-də isə tibbi yoxlanışdan keçəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti