...

Avropa Gimnastika İttifaqının bayrağı Azərbaycana təhvil verilib

İdman Materials 3 İyun 2013 10:04 (UTC +04:00)
Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Vyanada keçirilən Avropa çempionatının bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinə təhvil verilib.
Avropa Gimnastika İttifaqının bayrağı Azərbaycana təhvil verilib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Vyanada keçirilən Avropa çempionatının bağlanma mərasimində Azərbaycan nümayəndə heyətinə təhvil verilib.

Trend-in məlumatına görə, 2014-cü il Avropa çempionatının (AÇ) Bakıda keçiriləcəyənin rəmzi olaraq bayraq Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova təqdim edilib.

Gələn il AÇ iyunun 13-15-də Bakıda baş tutacaq. AÇ hazırda tikilməkdə olan Olimpiya Gimnastika Kompleksində keçiriləcək. Kompleks yarışların başlamasınadək tam hazır olacaq.

Çempionatda 240 gimnast və 80 rəsmi şəxsin iştirakı gözlənilir. Bu, Bakıda bədii gimnastika üzrə keçiriləcək sayca III AÇ-dir.

Xatırladaq ki, bədii gimnastika üzrə Azərbaycan yığması Vyanada keçirilmiş AÇ-ni gümüş medal qazanmaqla başa çatdırıb.

Gimnastlarımızın yeniyetmələrdən ibarət komandası finalda öz tapşırığını ən yüksək səviyyədə icra edib. Belə ki, idmançılarımız hakimlərdən olduqca yüksək bal - 16.55 bal alıblar.

Bu nəticə Azərbaycan gimnastlarına gümüş medallar qazanmalarına imkan yaradıb.

Bundan əlavə, gimnastlarımız fərdi yarışlarda AÇ-2013-ün bütün 4 finalında iştirak ediblər. Ən yaxşı nəticəni isə (beşinci yer) Marina Durunda göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti