...

Misir yığmasının baş məşqçisi: Azərbaycan güləş yığması dünyanın ən güclü komandalarından biridir (FOTO)

İdman Materials 6 İyun 2013 17:40 (UTC +04:00)
Azərbaycan Güləş Federasiyası (AGF) və Misir Güləş Federasiyası arasında əldə olunan razılığa əsasən, Misir güləş yığma komandaları iyunun 19-dək Bakıda birgə təlim-məşq toplanışında iştirak edir.
Misir yığmasının baş məşqçisi: Azərbaycan güləş yığması dünyanın ən güclü komandalarından biridir (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycan Güləş Federasiyası (AGF) və Misir Güləş Federasiyası arasında əldə olunan razılığa əsasən, Misir güləş yığma komandaları iyunun 19-dək Bakıda birgə təlim-məşq toplanışında iştirak edir.

AGF-dən Trend-ə verilən məlumata görə, bu gün sərbəst güləş üzrə Misir yığma komandasının mətbuat üçün açıq məşqi keçirilib.

Misir sərbəst güləş yığmasının baş məşqçisi Mahmud Mustafa təlim-məşq toplanışının yüksək səviyyədə keçirildiyini bildirib: "Azərbaycan güləş yığması dünyanın ən güclü komandalarından biridir. Birgə təlim-məşq toplanışı idmançılarımızın hazırlığı üçün çox əhəmiyyətlidir. Azərbaycanda birgə təlim-məşq toplanışında iştirak etmək bizim güləşçilərimiz üçün böyük təcrübə olacaq. Təlim-məşq toplanışından sonra Türkiyənin Mersin şəhərində Aralıq dənizi Oyunlarına yollanacağıq".

O, qeyd edib ki, Azərbaycanda güləşə göstərilən diqqət idmançıların beynəlxalq arenada uğurla çıxış etməsinə təkan verir: "Məhz buna görə də Azərbaycan güləşçiləri qatıldıqları hər bir beynəlxalq yarışdan, Avropa və dünya çempionatlarından, Olimpiya Oyunlarından müxtəlif əyarlı medallar qazanırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti