...

“Bavariya” 14 milyon avroya “Marsel”in müdafiəçisini heyətinə qatmaq niyyətindədir

İdman Materials 7 İyun 2013 10:03 (UTC +04:00)
Almaniyanın “Bavariya” klubu Fransanın “Marsel” klubunun müdafiəçisi Nikola Nkulunun xidmətlərində maraqlıdır.
“Bavariya” 14 milyon avroya “Marsel”in müdafiəçisini heyətinə qatmaq niyyətindədir

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Tanrıverdiyev/

Almaniyanın "Bavariya" klubu Fransanın "Marsel" klubunun müdafiəçisi Nikola Nkulunun xidmətlərində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Fransa KİV-i məlumat yayıb.

Münhen təmsilçisi 14 milyon avro müqabilində futbolçunu heyətinə qatmaq istəyir.

Xatırladaq ki, 2012/13-cü il mövsümünün yekunlarına görə, Nkulu Fransa çempionatının rəsmi simvolik yığması siyahısına da daxil edilib.

Nkulu bu mövsüm Fransa çempionatında 38 oyunda meydana çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti