...

Ronaldo karyerasının sonunadək "Real"da qalacaq

İdman Materials 11 İyun 2013 16:23 (UTC +04:00)
Portuqaliyalı ulduz Kriştianu Ronaldo futbol karyerasını Madridin "Real" komandasında başa vuracaq.
Ronaldo karyerasının sonunadək "Real"da qalacaq

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Portuqaliyalı ulduz Kriştianu Ronaldo futbol karyerasını Madridin "Real" komandasında başa vuracaq. Trend-in çərşənbə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu "Kral klubu"nun prezidenti Florentino Peres deyib.

Bununla da Perez ulduz futbolçunun "Real"dan getməsi barədə yayılan söz-söhbətlərə son qoyub.

Daha əvvəl verilən məlumata görə, "Mançester Yunayted" Ronaldoya görə "Real" rəhbərliyinə 65 milyon funt-sterlinq ödəməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti