...

Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazanıb

İdman Materials 16 İyun 2013 17:38 (UTC +04:00)
Azərbaycan kanoeçisi Valentin Demyanenko Portuqaliyanın Montemor-o-Velyo şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Azərbaycan kanoeçisi Valentin Demyanenko Portuqaliyanın Montemor-o-Velyo şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Trend Azərbaycan Milli Avarçəkmə Federasiyasına istinadən məlumat verir ki, Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə finişə 41,726 saniyəyə çatıb. O, qızıl medal qazanan litvalı Yevgeni Şuklindən cəmi 0,050 saniyə geri qalıb.

Bürünc medala isə millimizin sabiq üzvü, hazırda Rusiya yığmasının şərəfini qoruyan Andrey Kraytor sahib olub.

Qeyd edək ki, Valentin Demyanenko 3 qat dünya və 4 qat Avropa çempionudur. O, əvvəlki iki Avropa çempionatında üst-üstə 3 qızıl medala sahib olub.

Xəbər lenti

Xəbər lenti