...

Messiyə qarşı vergidən yayınma ilə bağlı ikinci ittiham irəli sürülə bilər

İdman Materials 18 İyun 2013 15:08 (UTC +04:00)
İspaniya Vergi Xidməti "Barselona" futbol klubunun hücumçusu Lionel Messinin yalnız 2007-2009-cu illərdə deyil, bu günə qədər olan fəaliyyətini araşdırmaq niyyətindədir.
Messiyə qarşı vergidən yayınma ilə bağlı ikinci ittiham irəli sürülə bilər

Azərbaycan, Bakı, 18 iyun /Trend/

İspaniya Vergi Xidməti "Barselona" futbol klubunun hücumçusu Lionel Messinin yalnız 2007-2009-cu illərdə deyil, bu günə qədər olan fəaliyyətini araşdırmaq niyyətindədir. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə "Football Espana" xəbər yayıb.

Məlumata görə, Vergi Xidmətinin nümayəndələri hesab edirlər ki, bu müddət ərzində xəzinəyə argentinalının iştirakı ilə materiallara olan hüquqların üçüncü tərəfə satışından əldə olunan gəlirlər daxil olmaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti