...

Bakıda Protuqaliyanın "Sportinq" klubunun futbol məktəbi açıla bilər

İdman Materials 20 İyun 2013 20:26 (UTC +04:00)
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Portuqaliyanın "Sportinq" klubunun baş direktoru Valdelmar Barreto və klubun inkişaf direktoru Virgilio Lopeslə görüş keçirib.
Bakıda Protuqaliyanın "Sportinq" klubunun futbol məktəbi açıla bilər

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Portuqaliyanın "Sportinq" klubunun baş direktoru Valdelmar Barreto və klubun inkişaf direktoru Virgilio Lopeslə görüş keçirib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, görüşün məqsədi "Sportinq" klubu ilə əməkdaşlığın müzakirəsi, təcrübə mübadiləsi və gələcəkdə Bakıda "Sportinq" klubunun uşaq futbol məktəbinin açılması olub.

Portuqaliyalı klub rəsmiləri bu gün Bakı şəhərində AFFA tərəfindən həyata keçirilmiş infrastuktur layihələri ilə tanış olublar.

Qeyd edək ki, bu, baş katib Elxan Məmmədovun "Sportinq" rəhbərliyi ilə ikinci görüşüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti