...

Azərbaycanı Dünya kuboku yarışlarında 3 atıcı təmsil edəcək

İdman Materials 30 İyun 2013 03:38 (UTC +04:00)
İspaniyanın Qranada şəhərində iyulun 5-dən 11-dək güllə və stend atıcılığı üzrə Dünya kuboku yarışları keçiriləcək.
Azərbaycanı Dünya kuboku yarışlarında 3 atıcı təmsil edəcək

Azərbaycan, Bakı, 30 iyun /Trend/

İspaniyanın Qranada şəhərində iyulun 5-dən 11-dək güllə və stend atıcılığı üzrə Dünya kuboku yarışları keçiriləcək.

Trend-in məlumatına görə, Azərbaycanı güllə atıcılığı yarışlarında pnevmatik tapançadan atəşaçma və tələsik atəşaçma növlərində Ruslan Lunov təmsil edəcək.

Trap yarışlarında Elvin İsmayılov, stend atıcılığının skit növündə isə Olimpiya çempionu Zemfira Meftəhətdinova mübarizə aparacaqlar.

Xəbər lenti

Xəbər lenti