...

Beyl "Real"a 120 milyon avroya başa gələcək

İdman Materials 1 Avqust 2013 13:17 (UTC +04:00)
"Real" Madrid və Londonun "Tottenhem" komandaları Qaret Beylin transferi barədə razılığa gəliblər.
Beyl "Real"a 120 milyon avroya başa gələcək

Azərbaycan, Bakı, 1 avqust /Trend/

"Real" Madrid və Londonun "Tottenhem" komandaları Qaret Beylin transferi barədə razılığa gəliblər.

Trend-in İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçinin "Real"a keçidi ilə bağlı hələ müqavilə imzalanmayıb.

Lakin tərəflər Beylin 120 milyon avro müqabilində "Kral klubu"na transfer edilməsinə dair razılığa gəliblər. Bu vəsaitin birdəfəlik və ya hissələrlə ödənilməsi hələ məlum deyil. "Real" bunun əvəzində Anxel di Mariya və Alvaro Moratonu "Tottenhem"ə verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti