...

CAR-da Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş Azərbaycan-CAR kikboks üzrə ilk turnir keçirilib (FOTO)

İdman Materials 2 Sentyabr 2013 13:25 (UTC +04:00)
30 avqustda Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya şəhərində Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyi, Azərbaycan Kikboksinq Federasiyası (AKF) və CAR-ın Həvəskar Kikboksing Assosiasiyasının (SAAKA) təşkilatçılığı ilə Transnet Boks Akademiyasının zalında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş, Azərbaycan-CAR kikboks üzrə ilk turnir keçirilib.
CAR-da Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş Azərbaycan-CAR kikboks üzrə ilk turnir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr / Trend, müxbir S.Əhmədova /

Avqustun 30-da Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriya şəhərində Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyi, Azərbaycan Kikboksinq Federasiyası (AKF) və CAR-ın Həvəskar Kikboksing Assosiasiyasının (SAAKA) təşkilatçılığı ilə Transnet Boks Akademiyasının zalında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş, Azərbaycan-CAR kikboks üzrə ilk turnir keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasinin Cənubi Afrika Respublikasindakı səfirliyi bildirib.

Məlumatda qeyd olunur ki, turnirdə, açılış sözü ilə çıxış edən SAAKA-ın prezidenti Pat Karney turnirin əhəmiyyəti və CAR-da bu idman növünün inkişafında rolu barədə danişmışdır. Azərbaycanın siyası şəxsiyyəti olan Heydər Əliyevə həsr edilmiş bu tarixi görüşün cənubi afrikalılar üçün əlamətdar hadisə olduğunu deyib.

Səfir Elxan Poluxov öz nitqində iki ölkə arasında belə bir turnirin ilk dəfə keçirildiyini bildirərək, onun ulu öndərimiz Heydər Əliyevə həsr edilməsi, tədbirə xüsusi tarixi və siyasi çəki verdiyini və iki ölkə arasında əlaqələrin inkişafında çox vacib rol oynadığını vurğulayıb.

AKF-n prezidenti, millət vəkili Adil Əliyev çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi tarixi yoldan, ölkəmizin qurulucuğunda oynadığı əvəzsiz rolundan danışdı. Azərbaycanda idmana böyük əhəmiyyət yetirildiyini qeyd edən millət vəkili, ölkə Prezidenti cənab İlham Əliyevin bu prosesə xüsusi diqqət yetirdiyini qonaqların nəzərinə çatdırıb.

Hər iki ölkənin himnlərinin səslədirilməsindən sonra, Afrika və Azərbaycan milli rəqsləri ilə yerli rəqs qrupları çıxış ediblər. Turnir çərçivəsində hər iki ölkədən 20 idmançının iştirakı ilə müxtəlif çəkilərdə, lou-kik və K-1 üsulu üzrə 10 döyüş keçirilib. Yığmamızın döyüşçüləri öz rəqiblərinə qalib gələrək Azərbaycan kikboksing məktəbinin dünyada ən aparıcı məktəblər sıralarında olduğunu bir daha sübut etdilər. Nəticə etibarı ilə Azərbaycan yığması 8, CAR yığması 2 qələbə ilə turniri başa vurmuşlar. Turnirin sonunda hər iki komandanın döyüşçüləri bir araya gələrək turnirə həsr edilmiş və üzərində turnirin loqosu olan maykalarını və hədiyyələrini dəyişiblər.

Tədbir CAR ictimaiyyəti tərəfindən böyük maraqla qarsalanmışdır. Qonaqların sıralarında Pretoriyada akkreditə edilmiş diplomatik nümayəndələrin rəhbərləri, CAR-ın məşhur idmançıları və idman sahəsində görkəmli şəxslər, dövlət məmurları, CAR Parlamentinin deputatları, CAR Ticarət və Sənaye Departamentinin Milli Lotereya Şurasının sədri, professor Novitande, dövlətə məxsus PetroSA neft şirkətinin rəhbəri xanım Nozive Nokve və digər tanınmış şəxslər olublar. Tədbirdə ümummilli lider Heydər Əliyevə, Azərbaycana və turnirə həsr edilmiş proqram materialları paylanılmışdı. Turnir Afrika qitəsi və Asiyada yayımlanan və 500 milyona yazın auditoriyası olan "Super Sport" televiziya kanalı tərəfindən lentə alınmış və yerli televiziya kannaları və mətbuat tərəfindən işıqlandırılıb.

Azərbaycan Kikdoxinq Federasiyasının prezidenti, Milli Məclis deputatı Adil Əliyevin rəhbərlik etdiyi heyət CAR-da olduqları müddətdə turnirlə bərabər yerli Mamelodi kikboksing klubunda peşə dərsləri də veriblər. Turnirin həyata keçirilməsinə Azərbaycanın Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycanın "Afrikanın Dostları" təşkilatı, yerli "Paramount" şirkəti də geniş dəstək veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti