...

Azərbaycan millisinə daha bir futbolçu dəvət alıb

İdman Materials 11 Noyabr 2013 13:06 (UTC +04:00)
Noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub.
Azərbaycan millisinə daha bir futbolçu dəvət alıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, "Sumqayıt" klubunun üzvü Pərdis Fərcad-Azaddır.

Qeyd edək ki, yığma komanda bu gündən etibarən təlim-məşq toplanışına başlayır. Toplanışlar 11-13 noyabrda Bakıda, 14-16 noyabrda Tallinndə, 17-19 noyabrda isə Bişkekdə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti