...

Futbol üzrə Azərbaycan kubokunun 1/4 finalının bütün iştirakçıları məlum oldu (ƏLAVƏ OLUNUB-2)

İdman Materials 4 Dekabr 2013 18:55 (UTC +04:00)
Trend-in məlumatına görə, artıq 1/4 finalın bəzi iştirakçılarının adlarına yadınlıq gəlib.
Futbol üzrə Azərbaycan kubokunun 1/4 finalının bütün iştirakçıları məlum oldu (ƏLAVƏ OLUNUB-2)

Digər oyunların nəticələri barədə məlumat əlavə olunub (ilk xəbər saat 15:10-da yayılıb)

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Bu gün futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib.

Trend-in məlumatına görə, 1/4 finalın bütün iştirakçılarının adlarına aydınlıq gəlib.

Belə ki, "Qaradağ Lökbatan"ı 2:5 hesabı ilə məğlub edən "Rəvan" ilk olaraq növbəti mərhələyə vəsiqə qazanıb.

"Bakı" komandası "Sumqayıt"a qalib gələrək (2:1) kubok uğrunda mübarizəni davam etdirir.

"Qəbələ" isə "Mil-Muğan"ı eyni hesabla məğlub edərək yarışdan kənarlaşdırıb.

"Neftçi" də 1/4 finala yüksələn komandalar sırasındadır. Paytaxt təmsilçisi "Kəpəz"ə minimal hesabla (1:0) qalib gəlib.

Maraq doğuran oyunlardan biri də Naxçıvanda baş tutub. Yerli "Araz Naxçıvan" klubu "Simurq"u qəbul edib. Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2. Əlavə vaxtlarda da qol qeydə alınmayınca oyunun taleyi penaltilər seriyasında həll olunub. Burada yerli azarkeşlər seviniblər - 4:2.

"Qarabağ" klubu da növbəti mərhələyə vəsiqə qazanıb. Ağdam təmsilçisi AZAL-ın qapısından cəmi bir top keçirə bilib - 1:0.

"İnter" "Şuşa"nı darmadağın edib - 7:0.

"Xəzər Lənkəran" - "Neftçala" matçında da darmadağın qeydə alınıb. Cənub təmsilçiləri 4:0 hesabı ilə qalib gəliblər.

Beləliklə, 2014-cü il martın 12-13 və 19-da keçiriləcək 1/4 final mərhələsində aşağıdakı cütlüklər qarşılaşacaqlar:

"İnter" - "Neftçi"
"Rəvan" - "Bakı"
"Qəbələ" - "Qarabağ"
"Araz Naxçıvan" - "Xəzər Lənkəran"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti