...

Premyer Liqanın XVIII turunun oyunlarının vaxtı və hakim təyinatları açıqlandı

İdman Materials 19 Dekabr 2013 17:49 (UTC +04:00)
Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçiriləcək oyunların başlama vaxtı və hakim təyinatları açıqlanıb.
Premyer Liqanın XVIII turunun oyunlarının vaxtı və hakim təyinatları açıqlandı

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçiriləcək oyunların başlama vaxtı və hakim təyinatları açıqlanıb.

Trend-in məlumatına görə, dekabrın 20-də keçiriləcək bu turun oyunları arasında ən diqqət çəkən "Qarabağ" - "İnter" matçını Əliyar Ağayev idarə edəcək.

"Qəbələ" - "Bakı"
Qəbələ səhər stadionu. Saat 13:00
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev

"Xəzər Lənkəran" - "Sumqayıt"
"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 15:00
Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov

AZAL - "Neftçi"
AZAL Arena. Saat 15:00
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Füzuli Nəcəfov

"Rəvan" - "Simurq"
Bayıl Arena. Saat 16:00
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Murad Məmmədov

"Qarabağ" - "İnter"
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti