...

Gəncə futboluna ağır itki üz verib

İdman Materials 15 Fevral 2014 16:35 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, şəhərin qocaman futbolçusu Fərhad Hüseynov 77 yaşında vəfat edib.
Gəncə futboluna ağır itki üz verib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Gəncə futboluna ağır itki üz verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, şəhərin qocaman futbolçusu Fərhad Hüseynov 77 yaşında vəfat edib.

F.Hüseynov 1959-cu ildə Gəncədə yaradılan ilk peşəkar futbol klubunun - "Toxucu"nun ilk oyunçularından biri olub. Müdafiəçi mövqeyində çıxış edən futbolçu 1964-cü ildə adı dəyişdirilərək "Dinamo"ya çevrilən komandada karyerasını başa vurub. O, zədələndiyindən bu addımı atmaq məcburiyyətində qalıb.

Butslarını divardan asdıqdan sonra da sevimli idman növündən uzaqlaşmayan futbol veteranı məşqçilik sahəsində çalışıb. Onun son iş yeri Gəncə Regional Futbol Federasiyasında Hakimlər Kollegiyasının sədri vəzifəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti