...

AFFA klubları cəzalandırdı

İdman Materials 22 Fevral 2014 12:30 (UTC +04:00)
Premyer Liqanın XXII turunun “Rəvan” – “Qarabağ” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AFFA klubları cəzalandırdı

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın son turunda baş verən hadisələrlə bağlı bir sıra qərarları qəbul edib.

Premyer Liqanın XXII turunun "Rəvan" - "Qarabağ" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Premyer Liqanın XXII turunun "Xəzər Lənkəran" - "Bakı" matçında "Bakı" klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Oyunun 79-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün kluba 2000 manat cəza kəsilib.

Premyer Liqanın XXII turunun "Simurq" - "Sumqayıt" matçının 32-ci dəqiqəsində "Sumqayıt" klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti