...

Azərbaycanın gənc taekvondoçuları "Fujairah Open"-i 14 medalla başa vurublar

İdman Materials 22 Fevral 2014 15:24 (UTC +04:00)
Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliyində təşkil olunmuş “Fujairah Open”-dən uğurlu nəticə ilə dönür.
Azərbaycanın gənc taekvondoçuları "Fujairah Open"-i 14 medalla başa vurublar

Azərbaycan, Bakı. 22 fevral /Trend/

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliyində təşkil olunmuş "Fujairah Open"-dən uğurlu nəticə ilə dönür.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 20- 22 fevral tarixlərində keçirilən turnirə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə qatılan millimiz yarışı14 medalla başa vurub.

Belə ki, gənclərdən ibarət milli komandanın baş məşqçisi, əməkdar məşqçi Mamed Abdullayevin yetirmələri 6 qızıl, 4- gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında birinci yerə layiq görülüblər.

Xatırladaq ki,gənc millimiz öncə, fevralın 8-9-da İsveçdə baş tutan ənənəvi "Trelleborg Open"-dən 3 qızıl, 1-gümüş və 2 bürünc medalı aktivinə yazmışdı.

"Fujairah Open"-də qalib gələn taekvonduçuların adlarını təqdim edirik:

Qızıl medal:

Anar Mehdiyev (45 kq)
Mahammad Mammadov (59 kq)
Əliasgər Əliyev(68 kq)
Said Quliyev (78 kq)
Gülsüm Gültəkin (55 kq)
Ceren Özbek (46 kq)

Gümüş medal:
Zəlimxan Rashidov (63 kq)
Elnur Maharramov(73 kq)
Rasul Kanamatov(78+kq)
Safiye Polat (49 kq)

Bürünc medal:
Fizam Mehdiyev(51kq)
Zeyvi Kərimova (59 kq)
Gülhanim Yeshildal (63 kq)
RəvanəDostaliyeva (55 kq)

Qeyd edək ki, taekvondoçularımız 23 fevralda vətənə dönəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti