...

Avro-2016-nın püşkü atıldı: Azərbaycan İtaliya, Norveç, Xorvatiya, Malta və Bolqarıstanla bir qrupa düşdü (ƏLAVƏ OLUNUB-2)

İdman Materials 23 Fevral 2014 15:42 (UTC +04:00)
Bu gün 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Avro-2016-nın püşkü atıldı: Azərbaycan İtaliya, Norveç, Xorvatiya, Malta və Bolqarıstanla bir qrupa düşdü (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Bu gün 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, Nitsa şəhərində baş tutan püşkatmada iştirak edəcək 53 komanda UEFA-nın reytinq siyahısına uyğun olaraq 6 səbətə bölünüb. Azərbaycan milli komandası V səbətdə yer alıb.

Püşk zamanı isə komandalar hərəsində 6 yığma olmaqla 8 qrupa bölünüb. Lakin sonuncu 9-cu qrupda 5 komanda final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışacaq.

Xatırladaq ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq "Avro-2016"nın final mərhələsində 16 deyil, 24 komanda iştirak edəcək. Bu isə o deməkdir ki, seçmə mərhələni ilk iki pillədə başa vuracaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Seçmə mərhələni üçüncü bitirəcək milli komandalar isə pley-offoyunlarından sonra bu hüquqa yiyələnə biləcəklər.

Qeyd edək ki, bəzi ölkələr arasında mövcud olan diplomatik gərginlik səbəbindən Azərbaycanla Ermənistan, İspaniya ilə Cəbəllütariq və Rusiya ilə Gürcüstan yığmaları eyni qrupda yer ala bilməyiblər.

A qrupu: Hollandiya, Qazaxıstan, İslandiya, Latviya, Türkiyə, Çexiya

B qrupu: Bosniya və Hersoqovina, Andorra, Kipr, Uels, İsrail

C qrupu: İspaniya, Lüksemburq, Makedoniya, Belarus, Slovakiya

D qrupu: Almaniya, Cəbəllütariq, Gürcüstan, Şotlandiya, Polşa, Belçika

E qrupu: İngiltərə, San-Marino, Litva, Estoniya, Sloveniya

F qrupu: Yunanıstan, Farer adaları, Şimali İrlandiya, Finlandiya, Rumıniya

G qrupu: Rusiya, Lixtenşteyn, Moldova, Montoneqro, Avstriya

H qrupu: İtaliya, Malta, Azərbaycan, Bolqarıstan, Norveç, Xorvatiya

I qrupu: Portuqaliya, Albaniya, Ermənistan, Serbiya, Danimarka

1. İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Rusiya, Bosniya və Herseqovina

2. Ukrayna, Xorvatiya, İsveç, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya

3. Serbiya, Türkiyə, Sloveniya, İsrail, Norveç, Slovakiya, Rumıniya, Avstriya, Polşa

4. Çernoqoriya, Ermənistan, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus

5. İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr

6. Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Farer adaları, Malta, Andorra, San-Marino, Cəbəllütariq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti