...

Azərbaycanın yunan-Roma güləşçiləri Macarıstan Qran Prisində iştirak edəcəklər

İdman Materials 24 Fevral 2014 14:49 (UTC +04:00)
1-2 mart 2014-cü il tarixdə Macarıstanın Szombatxel şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Qızıl Qran Pri beynəlxalq turniri keçirləcək.
Azərbaycanın yunan-Roma güləşçiləri Macarıstan Qran Prisində iştirak edəcəklər

Azərbaycan, bakı, 24 fevral /Trend/

1-2 mart 2014-cü il tarixdə Macarıstanın Szombatxel şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Qızıl Qran Pri beynəlxalq turniri keçirləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirdə yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvünün iştirakı nəzərdə tutulub.

Ölkəmizi məşqçi Ayoub Azmoudehin rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti