...

Hacı Əliyev Avropa çempionu oldu

İdman Materials 2 Aprel 2014 23:44 (UTC +04:00)
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.
Hacı Əliyev Avropa çempionu oldu

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ikinci günündə 57 və 61 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz 1 qızıl medal qazanıb.

61 kq-da Hacı Əliyev inamlı təsir bağışlayıb. 1/8 finalda Aleksandr Semisorovu (Almaniya) 14:4, 1/4 finalda isə gürcüstanlı Beka Lomtadzeni 12:6 hesabıyla üstələyib. Yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptar ilə gərgin keçən qarşılaşmanı da 9-7 öz xeyrinə başa vuran Hacı finala vəsiqə qazanıb.

Finalda onun rəqibili Rusiya təmsilçisi Bekxan Qoyqereyev olub. 12-5 hesabı ilə rəqibini üstələyən güləşçimiz Avropa çempionu adına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti