...

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına gələcək turistlərin viza məsələlərinin həlli üçün müvafiq qurumlara müraciət edilib

İdman Materials 5 Aprel 2014 17:07 (UTC +04:00)
İyunun 13-15-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına gələcək turistlərin viza məsələlərinin həlli üçün müvafiq qurumlara müraciət edilib.
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına gələcək turistlərin viza məsələlərinin həlli üçün müvafiq qurumlara müraciət edilib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/

İyunun 13-15-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına gələcək turistlərin viza məsələlərinin həlli üçün müvafiq qurumlara müraciət edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov şənbə günü keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

A.Həsənov bildirib ki, həmişəki kimi Avropa çempionatına ən çox Rusiyadan azarkeş gələcək: "Bilirsiniz ki, bu idman növü Rusiyada çox populyardır. Digər ölkələrdən də Avropa çempionatına baxmağa gələcəklər. Yeni arenaya baxmağa maraq var".

AGF-nin vitse-prezidentinin sözlərinə görə, Avropa çempionatında iştirak etmək üçün dünyanın bəzi federasiyalardan məktublar, xahişlər gəlir.

A.Həsənov qeyd edib ki, hər bir yüksək nəticə məqbuldur: "Olimpiya prinsipi var. Biz bir çıxışla kifayətlənməyəcəyik. Biz çalışacağıq ki, azarkeşləri və Federasiyanın rəhbərliyini sevindirək".

Qeyd edək ki, bu gün Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının rəsmi saytı (http://baku2014.agf.az/application/) və yerli televiziya kanallarında nümayiş olunacaq təbliğat videoçarxı təqdim edilib.

Eyni zamanda çempionatın püşkü atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti