...

UEG-in isveçrəli nümayəndəsi: Azərbaycanda gimnastika üçün fantastik şərait və infrastruktur yaradılıb

İdman Materials 5 Aprel 2014 17:52 (UTC +04:00)
Azərbaycanda gimnastika üçün fantastik şərait və infrastruktur yaradılıb. Bu barədə Trend-ə Avropa Gimnastika İttifaqının İsveçrədən olan nümayəndəsi Gilbert Gianada deyib.
UEG-in isveçrəli nümayəndəsi: Azərbaycanda gimnastika üçün fantastik şərait və infrastruktur yaradılıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda gimnastika üçün fantastik şərait və infrastruktur yaradılıb. Bu barədə Trend-ə Avropa Gimnastika İttifaqının (UEG) İsveçrədən olan nümayəndəsi Gilbert Gianada deyib.

G.Gianada bildirib ki, Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı dünya gimnastikası üçün mühüm əhəmiyyət kəsb edir.

O, vurğulayıb ki, Azərbaycan dövləti gimnastikanın inkişafına böyük diqqət ayırır, Bakıda tikilən möhtəşəm Milli Gimnastika Arenası bunun bariz nümunəsidir. G.Gianada qarşıdan gələn Avropa çempionatında Azərbaycan idmançılarının yüksək nəticələr əldə edəcəyinə inandığını bildirib.

Qonaq eyni zamanda, Bakının gözəlliyindən və Azərbaycan xalqının qonaqpərvərliyindən məmnun qaldığını da diqqətə çatdırıb.

Qeyd edək ki, bu il iyunun 13-15-də Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti