...

"Barselona" mübarizəni dayandırdı, "Bavariya" növbəti mərhələdə

İdman Materials 10 Aprel 2014 01:44 (UTC +04:00)
Trend-in məlumatına görə, son oyun günündə daha iki qarşılaşma baş tutub. "Atletiko" digər İspaniya təmçilçisi "Barselona"nı qəbul edib.
"Barselona" mübarizəni dayandırdı, "Bavariya" növbəti mərhələdə

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Bu gecə Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, son oyun günündə daha iki qarşılaşma baş tutub. "Atletiko" digər İspaniya təmçilçisi "Barselona"nı qəbul edib. Komanalar arasında ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından tərəflərin mərhələni adlamaq şansları bərabər hesab olunurdu. Bu oyun "Atletiko"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb və bununla da "Barselona" mübarizəsini dayandırıb.

Digər oyunda "Mançester Yunayted" səfərdə "Bavariya"nın qonağı olub. İlk qolu ingilislər açsa da, sonradan alman maşını işə düşüb (3:1) Bu komandaların da ilk oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları:

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) (İlk oyun - 1:1) - 1:0

23:45. "Bavariya" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) (İlk oyun - 1:1) - 3:1
Qollar: Evra, 57 (0:1), Mandzukiç, 59 (1:1), Müller, 68 (2:1), Robben, 76 (3:1)

8 aprel

"Çelsi" (İngiltərə) - PSJ (Fransa) (İlk oyun - 1:3) - 2:0
Qollar: Şürle, 32 (1:0), Demba Ba, 87 (2:0)

"Borussiya" (Dortmund, Almaniya) - "Real" (Madrid, İspaniya) (İlk oyun - 0:3) - 2:0
Qollar: Reus, 25 (1:0), 37 (2:0)

Matçın 17-ci dəqiqəsində "Borussiya"nın qapısına təyin edilən penalti zərbəsini Di Maria dəyərləndirə bilməyib. Onun zərbəsini qapıçı Vaydenfeller zərərsizləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti