...

"Mançester Yunayted" Portuqaliya yığmasının futbolçusu Vilyam Karvalyu ilə güclənmək niyyətindədir

İdman Materials 16 Aprel 2014 12:04 (UTC +04:00)
"Mançester Yunayted" futbol klubu Lissabonun “Sportinq” komandasının yarımmüdafiəçisi və Portuqaliya yığmasının 22 yaşlı futbolçusu Vilyam Karvalyunu almaq niyyətindədir.
"Mançester Yunayted" Portuqaliya yığmasının futbolçusu Vilyam Karvalyu ilə güclənmək niyyətindədir

Azərbaycan, Bakı, 16 aprel /Trend/

"Mançester Yunayted" futbol klubu Lissabonun "Sportinq" komandasının yarımmüdafiəçisi və Portuqaliya yığmasının 22 yaşlı futbolçusu Vilyam Karvalyunu almaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Britaniya KİV-i xəbər yayıb.

İngiltərə komandasının rəhbərliyi oyunçuya görə 35 milyon funt sterlinq ödəməyə hazırdır.

"Mançester Yunayted" Devid Moyesin rəhbərliyi altında 33 oyunda 57 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində yeddinci yeri tutur. Cədvəldə 77 xalla "Liverpul" liderlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti