...

Azərbaycan və Bolqarıstan futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

İdman Materials 24 Aprel 2014 17:44 (UTC +04:00)
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Bolqarıstan Futbol Federasiyasının prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Futzal və çimərlik futbolu komitəsinin sədri Borislav Mihaylovla görüşüb.
Azərbaycan və Bolqarıstan futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Bolqarıstan Futbol Federasiyasının prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Futzal və çimərlik futbolu komitəsinin sədri Borislav Mihaylovla görüşüb.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Bakıda keçiriləcək futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunları ilə əlaqədar Bakıya gələn B.Mihaylov ölkəmizə səfərindən məmnunluğunu bildirib, səmimi qarşılanmaya görə minnətdarlıq edib.

Görüşdə iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, futzal üzrə UEFA kubokunun final mərhələsinin yüksək səviyyədə təşkil olunması barədə geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti