...

"Neftçi" finaldadır

İdman Materials 24 Aprel 2014 18:56 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunları keçirilir.
"Neftçi" finaldadır

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bu gün Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, "Rəvan" doğma meydanda "Neftçi"ni qəbul edib.

Matçda ilk qol "Neftçi"dən gəlib - 10-cu dəqiqədə Ruslan Qurbanov fərqlənib. 17-ci dəqiqədə "Rəvan" hesabı bərabərləşdirib. Cəmi bir dəqiqə sonra Flavinyo hesabı yenidən "neftçilər"in xeyrinə dəyişib. 54-cü dəqiqədə Bertucci oyunda son nöqtəni qoyub - 1:3.

Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatdığından iki oyunun nəticəsinə görə "Neftçi" finala vəsiqə qazanıb.

Digər görüş isə Lənkəranda keçiriləcək. Burada "Xəzər Lənkəran" ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu "Qəbələ"ni qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti