...

Azərbaycanın futbol nəhənglərinin döyüşü

İdman Materials 27 Aprel 2014 21:55 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilib.
Azərbaycanın futbol nəhənglərinin döyüşü

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilib.

Trend-in məlumatına görə, "Sumqayıt" öz meydanında "Bakı"nı qəbul edib. Oyunda tərəflər hərəyə bir dəfə fərqlənib - 1:1. "Qəbələ" isə "Simurq"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Bakı"nın xal itirməsindən yararlanan "Qəbələ" turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib.

"Rəvan" öz meydanında AZAL-la qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. "Xəzər Lənkəran" səfərdə "İnter"lə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Burada çempionatın lideri "Qarabağ" klubu "Neftçi"ni sınağa çəkib. Bu oyun 1:1 hesabı ilə başa çatıb.

27 aprel (bazar)

Azərbaycan Premyer Liqası, 32-ci tur

"Qarabağ" - "Neftçi" - 1:1 (İkinci hissə)
Qollar: Flavinyo, 40 (0:1), Muarem Muarem,51 (1:1)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Teymur Fərhadov Əlavə köməkçi hakimlər: Alik Yunusov, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.

"İnter" - "Xəzər Lənkəran" - 3:0
Qol: Arif Daşdəmirov, 4 (1:0), Abdulla Abatsiyev, 75 (2:0), Derlis Meza Kolli, 84 (3:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov
"Şəfa" stadionu.

AZAL - "Rəvan" - 0:0
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Tahir Əhmədov
"AZAL Arena" stadionu.

"Qəbələ" - "Simurq" - 1:0
Qol: Dodo, 58 (1:0)
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu.

"Sumqayıt" - "Bakı" - 1:1
Qollar: Fərcad-Azad, 47 (1:0), Risto Ristoviç, 69 (1:1)
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.

Xəbər lenti

Xəbər lenti