...

AÇ-nin təsnifat mərhələsində mübarizə aparacaq voleybol millimizin heyəti açıqlanıb

İdman Materials 15 May 2014 12:38 (UTC +04:00)
Voleybol üzrə qadınlardan ibarət milli yığma komandamız bu gün tarixində Sloveniyaya yola düşüb.
AÇ-nin təsnifat mərhələsində mübarizə aparacaq voleybol millimizin heyəti açıqlanıb

Azərbaycan, Bakı, 15 may /Trend/

Voleybol üzrə qadınlardan ibarət milli yığma komandamız bu gün tarixində Sloveniyaya yola düşüb.

Trend Azərbaycan Voleybol Federasiyasına istinadən məlumat verir ki, 2016-cı Avropa çempionatının II seçmə mərhələsinə yüksək səviyyədə hazırlaşan Faiq Qarayevin yetirmələri məhz hazırlıqlarını Sloveniyada davam etdirəcəklər. Sloveniya milli komandası ilə bir neçə yoldaşlıq görüşü keçirdikdən sonra yığmamız Bolqarıstana yola düşəcək.

Qeyd edək ki, komandamız 22, 23 və 24 may tarixlərində müvafiq, olaraq, Yunanıstan, Portuqaliya və ev sahibi Bolqarıstan milliləri ilə qarşılaşacaq.

Cavab oyunları isə 29, 30 və 31 may tarixlərində Bakıda keçiriləcək. Avropa çempionatının ikinci təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin heyəti artıq bəlli olub:

Hücumçular - Anastasiya Qurbanova, Natalya Məmmədova, Yana Ağayeva, Yekaterina Jidkova, Polina Rəhimova

Blokçular - Kseniya Kovalenko, Ayşən Abduləzimova, Yelena Parxomenko

Toppaylayıcılar - Oksana Parxomenko, Natavan Qasımova

Liberolar - Oksana Kiselyova, Ceyran Əliyeva

Məqalədə:
Xəbər lenti

Xəbər lenti