...

"Procter&Gamble" şirkəti Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı olub (FOTO)

İdman Materials 21 May 2014 15:41 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları bu gün “Procter&Gamble” şirkətini özünün birinci rəsmi tərəfdaşı kimi elan etməkdən qürur duyur.
"Procter&Gamble" şirkəti Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı olub (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

Bakı 2015 Avropa Oyunları bu gün "Procter&Gamble" şirkətini özünün birinci rəsmi tərəfdaşı kimi elan etməkdən qürur duyur.

Trend-in məlumatına görə, şirkət Avropa Oyunlarına müqavilə əsasında dəstək verəcək və bu dəstək Azərbaycanda "Procter&Gamble" (P&G) şirkətinin məhsulları vasitəsilə Bakı 2015 haqqında məlumatlılığın artırılmasına xidmət edəcək.

Azərbaycanın gənclər və idman naziri, Bakı Avropa Oyunları Әməliyyat Komitəsinin baş icracı direktoru Azad Rəhimov bildirib: "Avropa Oyunlarının birinci rəsmi tərəfdaşı kimi "Procter&Gamble" şirkətini alqışlamaq çox xoşdur. Mən əminəm ki, bu şirkətin dəstəyi ilə biz Oyunların Azərbaycanın hər yerində təşviq olunmasına töhfə verə bilərik".

"Procter&Gamble" şirkətinin direktoru Tayqun Günay bildirib: "P&G şirkəti Bakı 2015 Avropa Oyunlarının tərəfdaşı olmaqdan qürur hissi duyur və bunu Beynəlxalq Olimpiya Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsi ilə uğurla davam edən əməkdaşlığın məntiqi davamı hesab edir. Bu gün bizim imzaladığımız müqavilə Bakı 2015 Avropa Oyunlarının timsalında idmanın həyat keyfiyyətinin artırılmasındakı rolunu və P&G şirkəti tərəfindən insanların həyat şəraitinin yüksəldilməsi kimi ümumi məqsədləri nümayiş etdirir. P&G şirkəti, Bakı 2015 Avropa Oyunlarına özünün dünya səviyyəli brendlər təqdim etmək imkanları və Azərbaycanda bütün pərakəndə satış nöqtələrində müştərilərlə qurduğu əlaqələr hesabına dəstək verəcək. Biz Azərbaycan bazarında yüksək potensial görürük. Bu bazara sərmayə yatırmağı davam etdirməyi və yerli əhaliyə faydalar gətirməyi planlaşdırırıq".

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya məsələləri üzrə direktoru Çarli Vijeratna deyib: "Procter&Gamble" şirkətinin böyük beynəlxalq idman yarışlarını dəstəkləməsinin çoxillik tarixi var və biz bu şirkəti birinci rəsmi tərəfdaşımız kimi salamlamaqdan məmnunuq. Bir şirkət olaraq P&G insanların həyatının yaxşılığa doğru dəyişməsində idmanın gücündən istifadə olunmasının əhəmiyyətini başa düşür və buna görə də birinci Avropa Oyunları üçün mükəmməl bir tərəfdaşdırlar".

"Procter & Gamble" (P&G) şirkəti dünya səviyyəsində Olimpiya Oyunlarının sponsorudur və özünün geniş çeşidli məhsulları ilə dünyanın hər tərəfində təxminən 4,8 milyard insana xidmət edir.

"Procter & Gamble" ABŞ-da fəaliyyət göstərən bir şirkətdir və onun Avropa üzrə baş qərargahı İsveçrədə yerləşir. 1837-ci ildə yaradılmış şirkətin güclü korporativ ənənələri və istehlakçıya yönəlik fəlsəfəsi vardır. Şirkətin brendləri 170-dən çox ölkədə satılır.

1998-ci ildə Azərbaycanda da şirkətin ofisi yaradılıb və keçən müddət ərzində "P&G" şirkətinin yerli təşkilatı inkişaf edərək bazarda güclü fəaliyyət göstərən və yaxşı təşkilatlanmış bir struktura çevrilib.

"P&G" şirkəti Azərbaycanın davamlı inkişafına inanır və ölkəyə əlavə sərmayə yatırmaq niyyətindədir.

P&G brendləri və əməliyyatlarının iqtisadi təsiri şirkətin biznes tərəfdaşlarına və fəaliyyət göstərdiyimiz icmalara çiçəklənmək üçün fəaliyyət göstərmək imkanı yaradır. Bu, təkcə P&G şirkətinin yerli əməkdaşları üçün yox, həm də ölkədə tərəfdaş distributor şirkətin (Engin Limited) və digər xidmət göstərən şirkətlərin yüzlərlə işçiləri üçün faydalar gətirir.

Bakı 2015 qitə üçün maraqlı, cəlbedici, proqressiv, yeni multi-idman tədbiri kimi tarixdə görünməmiş ilk Avropa Oyunları olacaq və 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək.

Bak 2015 Avropa Oyunlarında atletlər ümumilikdə 19 idman növü üzrə qüvvəsini sınayacaq: bunlardan 16-sı Olimpiya idman növü və 3-ü qeyri-Olimpiya idman növüdür. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz ölkəsini təmsil edəcəyi gözlənilir.

İdman növlərinin doqquzu 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinə kamandan oxatma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (EOC) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti