...

Dünya çempionatına hazırlaşan Azərbaycanın yeniyetmə sərbəst güləşçilərdən ibarət yığma komandasının heyətinə 20 güləşçi cəlb edilib (FOTO)

İdman Materials 12 İyul 2014 11:49 (UTC +04:00)
Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamız Dünya çempionatına Qubada hazırlaşır.
Dünya çempionatına hazırlaşan Azərbaycanın yeniyetmə sərbəst güləşçilərdən ibarət yığma komandasının heyətinə 20 güləşçi cəlb edilib (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/

Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamız Dünya çempionatına Qubada hazırlaşır.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çempionat öncəsi son hazırlığını Quba Olimpiya İdman Kompleksində keçən yığmamızın heyətinə 20 güləşçi cəlb olunub. Komandanın böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı iyulun 17-dək davam edəcək.

Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov çempionata ciddi hazırlaşdıqlarını və bunun üçün hər bir şəraitin yaradıldığını bildirib: "İdmançıların əhval-ruhiyyəsi yüksəkdir. Güləşçilərimiz daim yüksək əyarlı medallar uğrunda mübarizə aparıblar. Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin son Avropa çempionatında güləşçilərimiz 7 medal (4 qızıl, 1 gümüş, 2 bürünc) qazandılar. Slovakiyada keçiriləcək dünya çempionatında da uğurlu çıxış edib, komanda hesabında birinci olmaq istəyirik. Ötən il analoji yarışda 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında Dünya ikincisi olmuşduq. Çalışacağıq ki, ən azı ötən ilki nəticəni təkrarlayaq və daha da yaxşılaşdıraq. Bunun üçün yaxşı hazırlıq keçirik. Güləşçilərimiz də səylə çalışırlar. Federasiya tərəfindən hazırlığımız üçün hər cür şərait yaradılıb. Qarşımızda yalnız bir məqsəd var. O da çempionatda var gücümüzü ortaya qoyub, bayrağımızı yüksəltmək, himnimizi səsləndirmək və qazanacağımız medallarla xalqımızı sevindirməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti