...

FIFA-dan zədəli futbolçularla bağlı qərar

İdman Materials 23 Sentyabr 2014 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

FIFA-nın Tibb Komitəsi oyun zamanı futbolçuda beyin silkələnməsi aşkar edildiyi zaman matçda 3 dəqiqəlik fasilə yaradılmasını tövsiyə edir.

Trend-in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu təklif FIFA-nın Tibb Komitəsində bəyənilib və baxılması üçün İcraiyyə Komitəsinə göndərilib.

İcraiyyə Komitəsinin iclası sentyabrın 25-də baş tutacaq. Zədələnmiş oyunçu tibbi heyət və komanda həkimlərinin qərarından sonra meydançaya qayıda bilər.

Bu qərar əksər futbolçuların başlarından zədə almalarına baxmayaraq oyunu davam etdirmək istəyinə görə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti