...

Futzalçılarımızın Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum oldu

İdman Materials 26 Sentyabr 2014 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatma nəticəsində final mərhələsi Serbiyada təşkil olunacaq yarışın təsnifat və əsas seçmə mərhələlərinin qrupları müəyyənləşib.

Təsnifat mərhələsində mübarizə aparacaq 24 komanda 6 qrupa bölünüb. Azərbaycan millisi isə seçmə mərhələyə birbaşa qatılan 21 komanda arasında yer alıb. Burada isə komandalar 7 qrupa bölünüb.

Püşkün nəticəsinə əsasən millimiz Ukrayna, Belçika və A qrupunun qalibi ilə eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2016-cı il fevralın 2-dən 13-dək Serbiyada keçiriləcək.

Azərbaycan milli komandası mübarizəyə əsas seçmə mərhələdən qoşulacaq. Bu mərhələnin oyunları 2015-ci il martın 17-dən 22-dək olan müddətdə keçiriləcək. Azərbaycan milli komandasının mübarizə aparacağı qrupun oyunları Bakıda təşkil olunacaq.

Təsnifat mərhələsi (13-18 yanvar 2015)

A qrupu: Yunanıstan, Bolqarıstan, Danimarka, Cəbəllütariq
B qrupu: Cəbəllütariq, Monteneqro, Kipr, Uels
C qrupu: Gürcüstan, Litva, İsveçrə, Estoniya
D qrupu: Fransa, Moldova, Albaniya, San-Marino
E qrupu: Latviya, İngiltərə, Andorra, Malta
F qrupu: İsrail, Ermənistan, İsveç, Şotlandiya

Əsas seçmə mərhələ (17-22 mart 2015)

I qrup: Rusiya, Hollandiya, Bosniya və Herseqovina, E qrupunun qalibi
II qrup: İspaniya, Macarıstan, Makedoniya, təsnifat mərhələsinin ən yaxşı ikinci komandası
III qrup: İtaliya, Polşa, Belarus, B qrupunun qalibi
IV qrup: Ukrayna, AZƏRBAYCAN, Belçika, A qrupunun qalibi
V qrup: Çexiya, Sloveniya, Norveç, D qrupunun qalibi
VI qrup: Xorvatiya, Slovakiya, Türkiyə, F qrupunun qalibi
VII qrup: Portuqlaiya, Rumıniya, Qazaxıstan, C qrupunun qalibi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti