...

"Barselona" İspaniya çempionatından kənarlaşdırıla bilər

İdman Materials 8 Oktyabr 2014 17:43 (UTC +04:00)
Kataloniya muxtar vilayəti müstəqillik əldə edəcəyi təqdirdə "Barselona" və "Espanyol" futbol klubları İspaniya çempionatından kənarlaşdırılacaqlar.
"Barselona" İspaniya çempionatından kənarlaşdırıla bilər

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Kataloniya muxtar vilayəti müstəqillik əldə edəcəyi təqdirdə "Barselona" və "Espanyol" futbol klubları İspaniya çempionatından kənarlaşdırılacaqlar. Trend-in məlumatına görə, bunu İspaniya Peşəkar Futbol Liqasının (LFP) vitse-prezidenti Xavier Tebas bəyan edib.

Kataloniyanın müstəqilliyi haqqında referendumun keçirilməsi noyabrın 9-na nəzərdə tutulub. Lakin region hökuməti sentyabrın sonlarında hazırlığa başlayıb.

LFP rəhbəri qeyd edib: "Reqlamentə görə, yalnız bir qeyri-ispan klubu himayəmiz altında çıxış edə bilər. Bu, "Andorra"dır".

"Barselona" futbolçuları isə çempionatda "Atletiko"ya qarşı keçirdikləri oyunda Kataloniya bayrağındakı rənglərdən ibarət forma ilə meydana çıxmaqla regionun müstəqilliyini dəstəkləyiblər. Həmçinin daim regionun müstəqilliyi ideyalarını dəstəkləyən "Bavariya"nın hazırkı baş məşqçisi Xosep Qvardiola Kataloniyanın İspaniyadan ayrılmasının fəal tərəfdarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti