...

Sərbəst güləşçilərimiz üçün Dağıstanda daha bir sınaq

İdman Materials 10 Oktyabr 2014 15:25 (UTC +04:00)
11-12 oktyabr 2014-cü il tarixdə Dağıstanın Buynak rayonunda İ.X.Şıxsaidovun adına beynəlxalq turnir keçiriləcək.
Sərbəst güləşçilərimiz üçün Dağıstanda daha bir sınaq

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

11-12 oktyabr 2014-cü il tarixdə Dağıstanın Buynak rayonunda İ.X.Şıxsaidovun adına beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak edəcəklər.

Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikaya 5 güləşçimiz yollanır.

Yarışda ölkəmizi Elçin Vəliyev (57 kq), Qitinomaqomed Hacıyev (65 kq), Kamran Yunusov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq) və Məhəmməd Abdulxaliqov (86 kq) təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti