...

Dağ velosipedi sınaq yarışı üçün heyətimiz (FOTO)

İdman Materials 17 Oktyabr 2014 18:45 (UTC +04:00)
Oktyabrın 18-də paytaxtımızda Bakı-2015 İlk Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışı keçiriləcək. Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən yarış dağ velosipedi parkında (yeni avtovağzalın arxası) baş tutacaq.
Dağ velosipedi sınaq yarışı üçün heyətimiz (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Oktyabrın 18-də paytaxtımızda Bakı-2015 İlk Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışı keçiriləcək. Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən yarış dağ velosipedi parkında (yeni avtovağzalın arxası) baş tutacaq.

Federasiyadan Trend-ə verilən məlumata görə, birgünlük yarış çətinlik dərəcəsinə görə Beynəlxalq Velosipedçilər İttifaqının 3-cü kateqoriyasına aiddir. Sınaq turnirində 10 qadın və 30 kişi idmançının iştirakı planlaşdırılır. İdmançılar Beynəlxalq Velosipedçilər İttifaqının reytinq siyahısına əsasən xüsusi dəvətlə seçilib. Azərbaycan yığma komandası yarışda 3 kişi velosipedçi ilə - Aqşin İsmayılov, Murad Sultanov və Orxan Məmmədovla təmsil olunacaq.

Sınaq yarışının keçiriləcəyi velosiped trasında işlər artıq başa çatıb. Reqlamentə əsasən dünən və bu gün iştirakçı komandalar yarış yollarında tanışlıq xarakterli yürüşlər həyata keçiriblər.

Qeyd edək ki, velosipedçilər uzunluğu 4,1 km olan zolaq boyunca 6 dövrə vuracaqlar. Qadınların mübarizəsi saat 10:00-da, kişilərin yarışı isə saat 13:30-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti