...

Papa "Roma"nı süquta yetirənlərlə görüşdü

İdman Materials 22 Oktyabr 2014 15:50 (UTC +04:00)
Roma Papası Fransisk bu gün Vatikanda Almaniyanın "Bavariya" futbol klubunun oyunçuları və məşqçiləri ilə görüşüb.
Papa "Roma"nı süquta yetirənlərlə görüşdü

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Roma Papası Fransisk bu gün Vatikanda Almaniyanın "Bavariya" futbol klubunun oyunçuları və məşqçiləri ilə görüşüb.

Trend-in "Bavariya"nın saytına istinadən verdiyi məlumata görə, Roma Papası almanları "Roma"ya qarşı göstərdikləri oyuna görə tərifləyib: "Dünən çox gözəl oynadınız. Futbol təkcə sağlam həyat tərzi deyil, həm də uşaqlara komandanın nə olduğunu göstərən oyundur".

Öz növbəsində, "Bavariya" nümayəndə heyətinə başçılıq edən klubun baş direktoru Karl-Haynts Rummenigge Roma Papası Fransiskə oyunçuların imzasının olduğu top hədiyyə edib.

Qeyd edək ki, "Bavariya" dünən UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Roma"nı 7:1 hesabı ilə darmadağın edib.

Xəbər lenti

Xəbər lenti