...

Erməni boksçu azərbaycanlı rəqibi ilə döyüşməkdən imtina etdi

İdman Materials 23 Oktyabr 2014 17:48 (UTC +04:00)
Boksçularımız erməni rəqiblərindən üstün oldular
Erməni boksçu azərbaycanlı rəqibi ilə döyüşməkdən imtina etdi

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində yarımfinalçılar məlum olub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın iki üzvü - Məsud Yusizadə (52 kq) və Məhəmmədəli Tahirov (91+ kq) ¼ finala qələbə qazanmaqla, ən azı, yarışın bürünc medallarını özlərinə təmin ediblər. M.Yusifzadə Gürcüstanı təmsil edən erməni əsilli Qaqik Pozoyan üzərində inamlı qələbə qazanıb - 3:0. Boksçumuz yarımfinalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək.

M. Tahirov isə ¼ finalda Ermənistan boksçusu Qnel Muradyanla qarşılaşmalı idi. Ancaq Ermənistan boksçusu rinqə çıxmaqdan imtina etdiyindən, həmyerlimiz yarımfinala yüksəlib. Milli komandamızın üzvü yarımfinalda almaniyalı Peter Kadiru ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti