...

"Real" əzəli rəqibini geridə qoydu

İdman Materials 18 Dekabr 2014 20:23 (UTC +04:00)
Madridin "Real" komandası təqvim ilində qolların sayına görə İspaniya klubları arasında rekorda imza atıb.
"Real" əzəli rəqibini geridə qoydu

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Madridin "Real" komandası təqvim ilində qolların sayına görə İspaniya klubları arasında rekorda imza atıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, madridlilər klublararası dünya çempionatında "Krus Asul" üzərində 4:0 hesabı ilə qələbə qazandıqdan sonra 176 qol vurmaqla "Barselona"nın göstəricisini qabaqlayıblar. Kataloniya təmsilçisi 2012-ci ildə rəqib qapılarından 175 top keçirmişdi.

Bundan başqa, "Real" 50 qələbə qazandığı halda, "Barselona" həmin il 49 dəfə meydançanı qalib kimi tərk etmişdi.

Bunadək "Real"ın ən yaxşı göstəricisi 2011-ci ildə 45 qələbə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti