...

Bakıda veloyürüş keçirildi (FOTO)

İdman Materials 5 Mart 2015 14:38 (UTC +04:00)
Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda veloyürüş keçirilib.
Bakıda veloyürüş keçirildi (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda veloyürüş keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar, tərkibində AVİF rəsmilərinin də olduğu idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda olaraq ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gedərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının xatrəsini yad ediblər.

Ardınca Gənclər və İdman Nazirliyi və AVİF-in birgə təşkilatçılığı ilə veloyürüş keçirilib. Tərkibində müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvlərinin də olduğu 50-dən artıq velosipedçi Şəhidlər xiyabanından başlamaqla Hüseyn Cavid prospekti ilə yürüş edib. Veloyürüş şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, 5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Prezident İlham Əliyevin "Bədən tərbiyəsi və İdman günü"nün təsis edilməsi haqqında 4 mart, 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti